Ali Məclisin Sədri Sərəncam imzaladı

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 28-də “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılmasının təmin edilməsi məqsədilə qərara alıram:

1. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilsin.

 2. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icra barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin".