Azərbaycan məhsulları bu ilin ilk beynəlxalq sərgisində

Fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq qida sərgisi keçiriləcək.

Sərgidə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Beynəlxalq tədbirdə muxtar respublikanın sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı və muxtar respublikada istehsal olunan məhsulların vahid ölkə stendində nümayişi həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan artıq 5-ci dəfə “Gulfood” beynəlxalq ərzaq sərgisində təmsil olunacaq.