Əkinçilər yüksək məhsuldarlığa malik kartof toxumu ilə təmin olunur

Hər il olduğu kimi bu il də muxtar respublikada kartof əkinin başlanılması və əkinçilərin yüksək məhsuldarlığa malik kartof toxumları əldə edə bilmələri üçün üçün hazırlıq işləri başa çatdırılmışdır.           

26 yanvar 2021-ci il tarixdə “muxtar respublikada kartof əkini ilə məşğul olan istehsalçıların vaxtında yüksək keyfiyyətli kartof toxumu ilə təhciz edilməsi” məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin də mütəxəssisələri daxil olmaqla 11 nəfərdən ibarət komissiya yaradılmışdır.

Hər il olduğu kimi bu il də muxtar respublikada kartof əkinin başlanılması və əkinçilərin yüksək məhsuldarlığa malik kartof toxumları əldə edə bilmələri üçün üçün hazırlıq işləri başa çatdırılmışdır.

26 yanvar 2021-ci il tarixdə “muxtar respublikada kartof əkini ilə məşğul olan istehsalçıların vaxtında yüksək keyfiyyətli kartof toxumu ilə təhciz edilməsi” məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin də mütəxəssisələri daxil olmaqla 11 nəfərdən ibarət komissiya yaradılmışdır. Komissiyanın yaradılmasında əsas məqsəd istehsalçıları yüksək məhsuldarlığa malik kartof toxumu ilə təminatının asanlaşdırılmasından ibarətdir.

Belə ki, artıq muxtar respublikanın bir sıra rayonlarından müraciətlər daxil olmuş, daxil olmuş müraciətlərin təbii şərait xüsusiyyətləri nəzərə alınaraq icra edilməsi reallaşdırılır. Son bir neçə gün ərzində komissiyaya 96 sahibkar tərəfindən 260 hektar ərazidə əkin aparılması məqsədilə müraciətlər olunmuş, artıq 26 hektardan artıq ərazidə ölçülər dəqiqləşdirilmiş 80 tona yaxın rüsumsuz toxumluq kartof gətirilməsi üçün kvota sənədləri Naxçıvan MR Dövlət Gömrük Komitəsinə göndərilmişdir.

Kartof əkini ilə məşğul olan istehsalçıların toxumluq kartof əldə edə bilmələrinin ən əlverişli və sərfəli variantı Naxçıvan MR İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” MMC-nin soyuducu anbarlarında mövcud olan toxumluq kartof ehtiyatıdır. Belə ki, cəmiyyətin anbarlarında haliyədə 150 tondan artıq bir neçə növdə yüksək məhsuldarlığa malik toxumluq kartof ehtiyatı mövcuddur.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti