Naxçıvan Dövlət Universitetində vebinar keçirilib

 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Universitetin “İqtisadiyyat və idarəetmə” fakültəsində keçirilən vebinar “İdeyadan başlanğıca”- startap layihələrinin formalaşdırılması mövzusunda  olub. Tədbirdə fakültə  dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov startap layihələrinin əhəmiyyətindən və tələbələrin bu layihələrdə fəal iştirakından danışıb.Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Orxan Abdinov  bildirib ki, hami təşkilatlar tərəfindən bu cür tədbirlərin təşkili tələbələrin gələcəkdə peşəkar kadrlar kimi yetişməsi və onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə mühüm töhfədir. Qeyd edilib ki, yeni startap layihələrinin hazırlanması həm muxtar respublikanın inkişafı, həm də gənclərin layihələrinin tətbiqi sahəsində mühüm əhəmiyyətə malikdir.  

“Beynəlxalq platformada startaplar” mövzusunda çıxış edən Nazirliyinin əməkdaşı Mehparə Məmmədova startap layihələrin cəmiyyətdə baş verən müəyyən ehtiyaclardan yarandığını, belə  görüş və stimullaşdırıcı tədbirlərin layihələrin həyata keçirilməsində və ideyaların verilməsində tələbələrin daha fəal iştirakına şərait yaratdığını deyib, tələbələri xüsusilə muxtar respublikanın inkişafını təmin edəcək yeni layihələr yaratmağa səsləyib.