Muxtar respublikanın ixrac imkanları genişlənir

 

  Məhsul bolluğu yaratmaq, bu sahədə idxalı azaltmaq, ­ixracın isə həcmini artırmaq qarşıya qoyulan prioritet vəzifələrdəndir. Bu məqsədlə muxtar respublikada istiqamətlər müəyyənləşdirilib və hazırda onlar uğurla həyata keçirilir. 

Qazanılmış uğurlar muxtar respublikanın ixrac potensialının artmasını təmin etmiş, məhsulların ixracının genişlənməsinə səbəb olmuşdur. Belə ki, 2021-ci ilin yanvar ayı ərzində muxtar respublikanın xarici ticarət dövriyyəsi 31 milyon 918 min 100 ABŞ dolları təşkil edib. İxracın dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 24 milyon 166 min ABŞ dolları təşkil etmiş, 16 milyon 413 min 900 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

Bu gün muxtar respublikada sahibkarlara göstərilən diqqət və qayğı, ixracın stimullaşdırılması sahəsində qəbul olunan qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi muxtar respublikanın ixrac imkanlarını artırıb, iqtisadi əlaqələri daha da genişləndirib, yerli malların dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına şərait yaradıb. Bu ilin yanvar-fevral aylarında 3-ü onlayn formatda olmaqla, ümumilikdə 5 beynəlxalq əhəmiyyətli tədbirdə 13 saibkarlıq subyektinin 15 nümayəndəsinin iştirakı təmin olunmuşdur. 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti