Naxçıvanın turizm şirkətləri Türkiyədə sərgidə olub

 

24-27 mart 2021-ci il tarixlərdə Türkiyə Respublikasının Hotel Satınalma İdarəçiləri Dərnəyinin (TÜRSAD) təşkilatçılığı ilə Antaliya şəhərində “3-cü Türkiyə Turizm Tədarük Sərgisi” keçirilib. Artıq bir neçə ildir ki, sərgi öz aktuallığını qoruyub saxlamaqla yanaşı, müxtəlif istiqamətlərdə turizm imkanlarını nümayiş etdirməklə həm qonaqların, həm də sərgiyə gələn ziyarətçiləri məmnun edir. Tədbirdə ABŞ, Polşa, Ukrayna, Azərbaycan və digər ölkələri təmsil edən 120 şirkətin nümayəndələri iştirak edib.Sərgidə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Nəqşicahan Holdinq Şirkətlər Qrupu və “Duzdağ” Otel sərgidə təmsil olunub. Muxtar respublika nümayəndələri tədbirin rəsmi açılış mərasimində iştirak edib,  muxtar respublikanın turizm potensialı haqqında qonaqlara məlumat verilib. Bundan əlavə çox sayda şirkət nümayəndələri ilə əməkdaşlıq haqqında müzakirələr aparılıb və artıq işgüzar təkliflərin göndərilməsinə başlanılıb.