“İdeyadan başlanğıca” devizi altında növbəti seminar keçirilib

 

Aprelin 7-də tələbələrin startap layihələrinin hazırlanması, təqdimatı sahəsindəki bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Naxçıvan Universitetinin tələbələri ilə “İdeyadan başlanğıca” devizi altında seminar baş tutub.

Tədbiri giriş sözü ilə universitetin startap layihələri üzrə əlaqələndiricisi Şamil Hümbətov açaraq tədbirin mahiyyəti haqqında tələbələrə məlumat verib.

Sonra İqtisadiyyat Nazirliyinin əməkdaşı Mehparə Məmmədova  startapların yaradılması və dəstəklənməsi, onların formalaşdırılması prinsipləri, vençur kapitalı və digər maliyyələşdirilmə mənbələri, ölkəmizdə və muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlər haqqında slayd materiallar vasitəsilə tələbələrə ətraflı məlumat verib.

Beynəlxalq platformada startaplar mövzusunda çıxış edən Nazirliyin şöbə müdiri Orxan Abdinov tələbələrə startap ideyaları olduğu halda Nazirliyə müraciət etmələrini tövsiyyə edib, müraciət olunduğu halda Biznes planların hazırlanması və digər metodik köməkliklərin göstəriləcəyini bildirilib.

Seminarın praktik hissəsində tələblərlə komanda işi aparılıb və onların starap ideyaları dinlənilib.