20 aprel 2021-ci ildə "Azərbaycan-Türkiyə iş adamları forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda onlayn tədbir keçiriləcək.
Forumda Azərbaycan və Türkiyənin mikro, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. Onlayn foruma qatılacaq yerli sahibkarlar biznes əlaqələrini genişləndirmək, Türkiyənin biznes təcrübəsini öyrənmək, bu bazara çıxış imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər.
KOBİA-nın dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı və MÜSİAD Azerbaycan-ın tərəfdaşlığı ilə keçiriləcək forumda iştirak etmək istəyən Naxçıvanlı sahibkarlar müraciət edə bilər.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti