Naxçıvan Muxtar Respublikasında mərkəzi icra hakimiyyəti orqanları üçün tərtib olunmuş “Muzey Günləri” çərçivəsində muzeylərə ekskursiyalar davam edir. Növbəti belə tədbir zamanı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi Naxçıvanın qədim tarixini, onun zənginliyini özündə yaşadan Qarabağlar türbəsində olub.
Nazirliyin əməkdaşları ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablarla da tanış olublar.