Burada bələdçi tərəfindən tələbələrə mərkəzin fəaliyyət sahələri, muxtar respublikanın sosial- iqtisadi göstəriciləri və sosial infrastruktur obyektləri ilə bağlı göstəricilər, sərgi salonunda nümayiş olunan yerli istehsal məhsulları və istehsalçı şirkətlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2013-cü ildən fəaliyyətə başlayan mərkəzin əsas vəzifələri biznesin təşkili, sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, müxtəlif tədbirlərin təşkili, sahibkarlara metodiki köməkliyin göstərilməsi, muxtar respublikada istehsal olunan məhsulların sərgisinin təşkili, həmçinin xalq yaradıcılığı sahələrinin təbliğidir.
Qeyd olunub ki, sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 78 emal və xidmət müəssisəsi tərəfindən istehsal olunan 166 adda 1293 çeşiddə məhsullarının sərgisi həyata keçirilir. Sonra tələbələr mərkəzdə yerli istehsal məhsulları, sərgi və satışı təşkil olunan xalq yaradıcılığı nümunələri və rəsm əsasərləri, eləcə də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sənaye və kənd təsərrüfatı sahələrinin xəritəsi ilə tanış olublar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.