Tələbələr “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də istehsal prosesi ilə tanış olublar

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisası üzrə III kurs tələbələrinin  “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də  istehsal prosesi ilə əyani şəkildə tanışlığı təşkil olunub.

Tanışlıq zamanı mütəxəsislər tərəfindən müəssisədə gedən ümumi iş prosesinin mahiyyəti izah olunub, məhsulların istehsal mərhələləri haqqında məlumat verilib. Daha sonra tələbələr istehsal prosesi ilə də əyani şəkildə tanış olub, istehsalın böyük məsuliyyət və gigiyenik qaydalara riayət olunmaqla aparılmasına canlı şahidlik ediblər.

Burada tələbələrin istehsal prosesi və mərhələləri ilə bağlı sualları da cavablandırılıb.