Naxçıvan, 22 may, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində göycə məhsullarının satışı yarmarkasına start verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iki gün davam edəcək yarmarkaya 195 ailə təsərrüfatı tərəfindən 20 ton 300 kiloqramdan çox göycə məhsulu çıxarılıb. Yarmarka çərçivəsində 95 müəllifin 2 mindən çox rəsm və əl işinin satış-sərgisi də təşkil edilib.