Şərurda kartof yığımına başlanılıb

 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada kartofçuluq daha çox Şərur rayonunda inkişaf edib. Rayonun torpaq-iqlim şəraiti bu tərəvəzin əkilib becərilməsi üçün çox əlverişlidir. Ötən il 1350 hektar sahədə kartof əkən torpaq mülkiyyətçiləri bol məhsul götürüblər. Bu il də sahələrdə kartof əkini diqqətdə saxlanılıb. Xüsusən rayonun Aralıq, Cəlilkənd, Düdəngə, Xanlıqlar və Ələkli kəndlərində kartof əkininə daha geniş yer verilib. Hazırda sahələrdə məhsul yığımına başlanılıb.

Qeyd edək ki, təsərrüfat suyuna olan tələbatın ödənilməsi, torpaq mülkiyyətçilərinin güzəştli şərtlərlə kredit, texnika və avadanlıqlarla təmin olunması muxtar respublikada kənd təsərrüfatının inkişafına geniş şərait yaradıb. Həmçinin muxtar respublikada yaradılmış toxumçuluq təsərrüfatları, soyuducu anbarların istifadəyə verilməsi məhsul bolluğunun yaradılmasında mühüm rol oynayır. Bunun nəticəsidir ki, ikinci çörək hesab etdiyimiz kartofa olan tələbat da artıq daxili imkanlar hesabına ödənilir. Şərur rayonunun ailə təsərrüfatçıları  da bu sahənin inkişafına öz töhfələrini verirlər.

Hafizə Əliyeva