Tələbələr laboratoriyada təcrübə keçiblər

 

 

 

 

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2020-2021-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq Naxçıvan Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələr  “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası  ilə tanış olublar.

Tanışlıq zamanı Cəmiyyətin direktoru tərəfindən muxtar respublikada yeni qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində görülən işlər, laboratoriyanın fəaliyyəti və burada görülən işlərlə bağlı ətraflı məlumat verib.