Gənclər və İdaman Nazirliyi, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən "Xəmsə" Milli İntellektual Oyununda İqtisadiyyat Nazirliyinin komandası uğurla çıxış edib.
İqtisadçılar bilik yarışmasında gərgin və maraqlı mübarizə apararaq adlarını qaliblər sırasına yazdırıblar.
İqtisadiyyat Nazirliyinin komandasının üzvləri – Sürəyya Bayramlı, Elşən Cəfərli, Mərhəmət Bayramov, Kazım Süleymanov, Rza İbrahimli sualların əksəriyyətini düzgün cavablandırmaqla komanda hesabında 2-ci yerə layiq görülüb.
Qeyd edək ki, yarışın yekununda Ədliyyə Nazirliyinin komandası I, İqtisadiyyat Nazirliyinin komandası II, Culfa rayon İcra Hakimiyyətinin komandası III yerləri tutublar.
Qalib komandalara diplom və mükafatlar təqdim olunub.