Davamlı və dinamik inkişaf

 

 

Ölkəmizin sosial-iqtisadi inkişafına töhfələrini verən Naxçıvan Muxtar Respublikası gündən-günə öz potensialını artırmaqdadır. Sosial-iqtisadi inkişafı, hərbi qüdrəti, siyasi sabitliyi və digər keyfiyyətləri ilə diqqəti cəlb edən muxtar respublika iqtisadiyyatın sahə strukturunda balanslaşdırılmış, biri-biri ilə əlaqəli və bir-birinin inkişafına təkan olacaq intibahla iqtisadiyyatın diversifikasiyasına stimul vermişdir.

Muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin olunmasında mühüm sahələrdən biri də sənayedir.

Son illər bu sahədə həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.

Yeni məhsul növlərinin istehsalının təmin olunması daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, məşğulluq səviyyəsinin yüksəldilməsinə yeni imkanlar yaratmaqla bərabər, ümumilikdə, iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün əsas stimullaşdırıcı amilə çevrilmişdir.