iyulun 15-dən soyuducu anbarlara məhsul qəbul olunacaq

 

 

Əhalinin etibarlı ərzaq təminatı ilin bütün dövrlərində, xüsusən soyuq qış aylarında vacib məsələlərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında daxili bazarın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə təmin olunması üçün görülən tədbirlər sırasında soyuducu anbar komplekslərinin yaradılması mühüm əhəmiyyət daşıyır. Belə ki, soyuducu anbarlar məhsul tədarükü mövsümündə təzə meyvə-tərəvəzin münasib qiymətlərlə alınıb, payız-qış mövsümündə bazara çıxarılması üçün nəzərdə tutulmuş mühüm infrastruktur obyektləridir. Qiymətlərin əhalinin istehlak qabiliyyətinə uyğun saxlanılması və bazarda keyfiyyətli yerli məhsullara üstünlük verilməsi baxımından da soyuducu anbarlara diqqət böyükdür.