Bu gün muxtar respublikada iqtisadi inkişafın səmərəliliyinin artırılmasında keyfiyyət əsas meyar kimi qəbul olunur. Buna görə də daxili bazarın və istehlakçıların hüquq və mənafelərinin qorunması istiqamətində təsərrüfat subyektlərində istehsal edilən və idxal olunan məhsulların keyfiyyətinə dövlət nəzarəti diqqət mərkəzində saxlanılır.
İstehlakçıların hüquqlarının qorunması, daxili bazara nəzarət və keyfiyyətin yüksəldilməsi məqsədilə 2021-ci ilin birinci yarımilində ərzində 552 halda istehsal, ticarət və xidmət obyektlərində qiymət və keyfiyyətə nəzarət həyata keçirilmişdir.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən biri də süni qiymət artımının qarşısının alınmasıdır. Bu məqsədilə muxtar respublikada fəaliyyət göstərən ərzaq və qeyri-ərzaq məhsullarının topdansatışını həayata keçirən 39 sahibkarlıq subyektinin 11959 və yerli məhsulların istehsalı ilə məşğul olan 42 sahibkarlıq subyektinin 1283 olmaqla cəmi 13242 çeşiddə məhsul və onların qiymətlərinə nəzarət olunmuşdur.