NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gündən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbuluna başlanılıb. İlk gündə yeni yaradılan soyuducu anbara 20 tondan artıq kartof tədarük olunub.
“Naxçıvan Meyvə Tərəvəz Məhsulları” MMC-nin soyuducu anbarlarının sayı 4-ə, ümumi tutumu isə 2 min 350 tona çatdırılıb. Hazırda muxtar respublikada ümumi tutumu 20 min 900 ton olan 48 soyuducu anbar fəaliyyət göstərir. Soyuducu anbarlarda məhsulların keyfiyyətinə, saxlanma temperaturuna xüsusi diqqət yetirilir.
Qeyd edək ki, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılması, istehlak tələbatının dolğun ödənilməsi ,qiymət sabitliyinə nail olunması və tələbatdan artıq yetişdirilmiş meyvə-tərəvəz məhsullarının soyuducu anbarlara tədarükünün təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin müvafiq əmri ilə komissiya yaradılıb.
Adilə Səfərova