Sahibkarlığa dövlət dəstəyi gücləndirilir

 

     Muxtar respublikada özəl bölmənin inkişafında, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir. Fondun məqsədi Naxçıvan Muxtar Respublikasında sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdir.

Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi sahəsində işlər 2021-ci ilin ötən dövrü ərzində də davam etdirilmiş və Sahibkarlığın İnkişafı Fondu tərəfindən 76 layihənin maliyyələşdirilməsinə müvəkkil kredit təşkilatları vasitəsilə 2 milyon 165 min 978 manat vəsait sərf olunmuşdur. Həmin vəsaitdən kənd təsərrüfatı təyinatlı 68 layihənin maliyyələşdirilməsinə   2 milyon 23 min 978 manat,  sənaye yönümlü 3 layihənin maliyyələşdirilməsinə 115 min, xidmət sahələrinin inkişafı məqsədilə 1 layihənin maliyyələşdirilməsinə 27 min manat  yönəldilmişdir.

Ümumilikdə, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə bu günə qədər 1584 layihənin maliyyələşdirilməsinə  170 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir.