Muхtаr rеspublikа iqtisаdiyyаtının bütün sаhələr üzrə dinamik inkişafı 2021-ci ilin ötən dövrü ərzində də davam etdirilmiş, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşmış, yerli sahibkarlığın inkişafı yolu ilə yеni iş yеrləri аçılmış, əhаlinin mаddi-rifаh hаlı yüksəlmişdir.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin qurulmasına geniş imkan yaratmışdır. 2021-ci ilin ötən dövrü ərzində bu proses uğurla davam etdirilmiş, dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 72 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, bu dövr ərzində sənaye sahəsinin inkişafının stimullaşdırılması üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3 layihənin maliyyələşdirilməsinə 115 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.
Həyata keçirilən tədbirlər nəticəsində bu gün muxtar respublikada 384 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula оlan tələbatın tamamilə yеrli istеhsal hеsabına ödənilməsi daxili bazarda yerli istehsalın çəkisini xeyli artırmış və qiymətlərin tənzimlənməsinə şərait yaratmışdır.
Yerli xammala əsaslanan istehsal müəssisələrinin yaradılmasının davamı olaraq sabun, üzvi gübrə, meyvə tərəvəz məhsullarının konservləşdirilməsi, ayaqqabı istehsalı sahələrinin layihələri hazırlanaraq sahibkarlıq subyektləri ilə təqdimatı keçirilmişdir. Bununla yanaşı hal-hazırda tələbatı idxal hesabına ödənilən bitki yağı istehsalı layihəsi üzrə avadanlıqların alınması üçün istehsalçı şirkətlə müqavilə bağlanmış və layihənin reallaşdırılması istiqamətində işlər aparılmışdır.
Həyata keçirilən kompleks tədbirlər aqrar sektorda da iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə artırmış, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələr bu sahənin inkişafında konkret istiqamətlər müəyyənləşdirmiş, ötən müddət ərzində bu istiqamətdə ciddi nailiyyətlər əldə edilmişdir.
Kənd təsərrüfatında innovativ yenilikləri tətbiq etməklə cari ilin ötən dövrü ərzində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 27 heyvandarlıq təsərrüfatının yaradılması, 9 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 10 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi, ümumi tutumu 1620 ton olan 5 soyuducu anbarın yaradılması, ümumi sahəsi 5440 kvadratmetr olan 2 istixana təsərrüfatının yaradılması və sahəsi 552 kvadratmetr olan 1 istixana təsərrüfatının genişləndirilməsi, həmçinin 1 bağçılıq, 1 tingçilik, 1 quşçuluq təsərrüfatının yaradılması və 1 üzümçülük təsərrüfatının fəaliyyətinin stimullaşdırılması başa çatdırılmışdır.
2021-ci ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatının inkişafı yönümlü 76 layihənin maliyyələşdirilməsinə 2 milyon 162 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.