Naxçıvan şəhəri və rayon mərkəzlərində keçiriləcək məktəbli yarmarkaları ilə bağlı Elan

 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri Xətai küçəsindəki Mərkəzi Bazarda, həmçinin rayon mərkəzlərində 01-15 sentyabr 2021-ci il tarixlərdə keçiriləcək məktəbli yarmarkasına muxtar respublika əhalisi dəvət edilir.

Məktəbli yarmarkası hər gün saat 900-dan 1400-dək əhaliyə xidmət göstərəcəkdir.

Yarmarkada əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə məktəbli geyimləri və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunacaqdır.

Bütün valideyinləri və müəllimləri yaradılmış şəraitdən istifadə etmək üçün yarmarkalara dəvət edirik.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyi