Dövlət dəstəyi ailə təsərrüfatlarını daha da genişləndirməyə imkan verir

 

 

2021-ci ilin ötən dövrü ərzində rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin qurulması istiqamətində tədbirlər davam etdirilmiş, dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 72 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 49 sahənin yaradılması davam etdirilib. Bu dövr ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye inkişafı üçün 3 layihənin maliyyələşdirilməsinə 115 min manat,  kənd təsərrüfatının inkişafı məqsədilə 79 layihənin maliyyələşdirilməsinə 2 milyon 233 min 478 manat, xidmət sahəsinin inkişafı məqsədilə 1 layihənin maliyyələşdirilməsinə 27 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.  

Cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən həmçinin ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması da diqqət mərkəzində saxlanılmış, heyvandarlıq, arıçılıq, bağçılıq təsərrüfatlarının, kompost istehsalı sahəsinin yaradılması məqsədilə 47 ailə təsərrüfatına 759 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmiş, ailə təsərrüfatları 2100-dən artıq 27 çeşiddə tara ilə təmin olunmuşdur.