İqtisadiyyat Nazirliyinin əməkdaşları COVID-19 əleyhinə vaksinasiyaya cəlb olunub

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin əməkdaşları  COVID-19 əleyhinə vaksinasiyaya cəlb olunub.

Nazirliyin əməkdaşlarına I və II doza peyvəndin vurulması başa çatdırılıb. 

Nazirliyin vaksinasiyaya cəlb edilən əməkdaşlarına təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini vurulub və heç bir narahatlıq müşahidə olunmayıb.