Tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsullarının satın alınması barədə ELAN

Torpaq mülkiyyətçilərinin nəzərinə!

Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırılır ki, 2022-ci ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər taxıl qəbulu müəssisələri tərəfindən tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsulları aşağıda qeyd edilmiş qiymətlərlə satın alınacaqdır:

Buğda – 50 qəpik

Arpa – 40 qəpik

Qarğıdalı (dən üçün) – 35 qəpik

Qarğıdalı (yağ üçün) – 42 qəpik

Bildirilir ki, bu məhsulların satın alınması aşağıda göstərilən tarixlərdən başlanılacaqdır: 

Arpa – 10 iyun 2022-ci il tarixdən 

Buğda – 10 iyul 2022-ci il tarixdən

Qarğıdalı – 20 sentyabr 2022-ci il tarixdən

Əkinçilərin nəzərinə çatdırılır ki, təqdim olunan məhsulun ödənişi yerində həyata keçiriləcəkdir. Yaranacaq suallarla bağlı aşağıda göstərilən əlaqə nömrələrinə müraciət edə bilərsiniz:

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi–
(036)-545-75-77, (050)-615-58-25
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi –
(036)-545-20-39, (050)-250-10-63
“Gəmiqaya Taxıl Məhsulları” MMC – (070)-250-85-81