WorldFood Istanbul Beynəlxalq Qida sərgisində Naxçıvan şirkətləri təmsil olunur

 

Sentyabrın 9-da İstanbul TUYAP Sərgi  Mərkəzində 29-cu Beynəlxalq “WorldFood Istanbul-2021” qida məhsulları və texnologiyaları sərgisi açılıb.

Dünyanın müxtəlif ölkələrindən qida sənayesində fəaliyyət göstərən 1000-dən çox şirkətin məhsullarının nümayiş olunacağı sərgidə muxtar respublikada fəaliyyət göstərən “Nur-Qida” MMC-nin, “Müasir Məkan” ət və ət məhsulları və “Savalan-s” kiçik müəssisələrinin nümayəndələri iştirak edir.

Worldfood İstanbul Türkiyənin qida baxımından dünyaya açılan qapısıdır. Sentyabrın 12-dək davam edəcək sərgi bir-birindən maraqlı fəaliyyətləri ilə də diqqətləri cəlb edəcək.

Qeyd edək ki, cari ilin ötən dövrü ərzində yerli məhsullarımız 13 beynəlxalq sərgidə təmsil olunub.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti