Soyuducu anbarlara alma məhsulunun tədarükünə başlanılıb

 

 

 

Muxtar respublikada əhalinin keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə  təmin olunmasında soyuducu anbarların mühüm rolu var. Çünki bu anbarların gücündən tam istifadə olunmaqla bazarda bolluq yaradılır, ilin bütün fəsillərində davamlı olaraq daxili bazarı ekoloji cəhətdən sağlam meyvə-tərəvəzlə təmin edilir. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 15-dən başlayaraq meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbulu aparılır. Alma məhsulunun tədarükü 3 növdə həyata keçirilir. 1-ci  növdə olan alma məhsulu 80 qəpik, 2-ci növ alma məhsulu  50, qarışıq növdə olan alma məhsulunun tədarükü isə 60 qəpikdən alınır. Hələlik 10 tonadək alma tədarük olunub.