Əhalinin quş ətinə olan tələbatı yerli imkanlar hesabına ödənilir

 

 

Muxtar respublikada quşçuluq təsərrüfatının fəaliyyəti genişləndirilir. Belə ki, artıq quş ətinə olan tələbat yerli istehsal hesabına ödənilir. Muxtar respublikada daxili bazarı yüksək keyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edən müəssisələrdən biri olan “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cari ilin ötən dövrü ərzində 3 partiya olmaqla 101 min baş broyler cücə müəssisəyə gətirilmişdir. 2-ci partiya cücədən 115 ton quş əti istehsal edilərək daxili bazarda satışı həyata keçirilmiş, əhalinin quş ətinə olan tələbatı nəzərə alınaraq haliyyədə 33 min baş broyler cücə müəssisəyə gətirilmişdir. 2021ci ilin ötən dövrü ərzində quş əti istehsalı ilə yanaşı damazlıq təsərrüfatlarının cücəyə olan tələbatı diqqətdə saxlanılmış, bu məqsədlə xüsusi sort “Serebrist” yumurtalar gətirilərək inkubatora qoyulmuş və 38 min baş cücə istehsal edilərək ailə təsərrüfatlarına satılmışdır.  

Müəssisə tərəfindən quşların kəsimi və paketlənməsi üçün də əlverişli şərait yaradılıb. Kırna kəndində fəaliyyət göstərən müəssisənin kəsim sahəsində toyuqların kəsimi və qablaşdırılması həyata keçirilir. Sanitar-gigiyenik qaydalara və texnoloji proseslərə ciddi əməl olunan müəssisədə quşların bəslənilməsindən tutmuş satışa çıxarılmasınadək bütün texniki normalara ciddi riayət edilir.