9-13 oktyabr 2021-ci il tarixlərdə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən TÜYAP Sərgi Mərkəzində “İNTERMOB – 23-cü Beynəlxalq Meşə məhsulları və taxta işləmə texnologiyaları sərgisi” keçiriləcəkdir.
Sərgidə Avstriya, Çin, Almaniya, İtaliya, Polşa, Rusiya kimi ölkələr olmaqla 35 ölkədən 804 iştirakçı şirkətlər məhsullarını nümayiş edəcək və 80.000-dən artıq ziyarətçinin sərgiyə qatılacaq.
Sərgidə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Gəmiqaya Mebel Fabriki” MMC-nin nümayəndələri iştirak edəcək.
Sərgidə iştirakın əsas istiqamətləri brifinq, ikitərəfli görüş, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərlə görüşməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti