Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda Avropanın və Asiyanın ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən “Mühasiblərin və Auditorların VII Avrasiya Forumu” keçirilib. Forumda 9 ölkədən xarici nüməyəndələr, peşəkar mütəxəssislər və eyni zamanda yerli qurumların nümayəndələri iştirak edib.