Soyuducu anbarlara məhsul tədarükü yekunlaşmaq üzrədir. İyulun 15-dən bugünədək 193 sahibkardan anbarlara 661 tona yaxın kartof, 45 tondan artıq alma məhsulu tədarük edilmişdir. Bu da əhalinin payız-qış mövsümündə keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin olunmasında mühüm rol oynayacaqdır.