2021-ci ilin muxtar respublikada “İxrac ili”nin davam etdirilməsi ticarət əlaqələrinin genişlənməsinə, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına və beləliklə ixrac potensialının genişlənməsinə şərait yaratmışdır.
Yerli məhsulların xarici bazarlarda tanıdılması, potensial alıçıların tapılması və yeni işgüzar əlaqələrin yaradılması məqsədilə xarici ölkələrdə keçirilən beynəlxalq sərgilərdə, biznes forumlarda və digər tədbirlərdə yerli sahibkarlıq subyektlərinin iştirakının təmin olunması prioritet məsələlərdəndir.