NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Göynük kəndində xidmət mərkəzinin də açılışını edib.
Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılıb, 5 nəfər işlə təmin olunub.
Ali Məclisin Sədri ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına üstünlük verilməsi və sakinlərin tələbatının nəzərə alınması barədə tapşırıqlar verib.