Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetində “İqtisadiyyat” fakültəsinin tələbələri ilə görüşü olub.
Görüş Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il iyunun 25-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq təşkil edilib.
Görüşdə İqtisadiyyat Nazirliyinin “Sahibkarlığın inkişafı” və “İnvestisiyaların təşviqi və ixraca dəstək” şöbələrinin əməkdaşları öz çıxışlarında tədbir iştirakçılarına ailə təsərrüfatlarının stimullaşdırılması və yaradılmış çoxşaxəli ailə təsərrüfatlarının iqtisadi əhəmiyyəti, həmçinin ailə təsərrüfatı məhsullarının tanıdılması istiqamətində aparılan işlər və xarici bazarlara çıxarılması prespektivləri haqqında tələbələrə ətraflı məlıumat veriblər.
Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti