Sahibkarlığın inkişafına diqqət göstərilir

 

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişafstrategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün genişimkanlar açmışdır. Muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılmış, biznessubyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilmiş, əlverişli investisiya mühiti yaradılmışdır. Hazırda muxtar respublikada ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşür.

Özəl bölmənin inkişafını stimullaşdıran başlıca amillərdən biri də sahibkarlıq subyektlərinin əlverişli maliyyə resurslarına çıxışının təmin edilməsidir. Bu gün təsərrüfatçılıq fəaliyyəti üzrə banklar tərəfindən verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi muxtar respublikada tətbiq edilir.

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Xəbərlər şöbəsi