Naxçıvan Muxtar Respublikasında müasir yol-nəqliyyat infrastrukturu daim diqqətdə saxlanılır. Mərkəzlə yanaşı, bölgələrdə də müasir yolların salınması əhalinin təhlükəsizliyini və rahatlığını təmin edir, sosial-iqtisadi inkişafa xidmət göstərir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, ümumi uzunluğu 5,2 kilometr olan yola asfalt örtük salınmış, 1300 metr beton su kanalı çəkilmiş, 4 metal su keçidi qoyulub. Həmçinin Ali Məclisin Sədrinə Vənənd-Pəzməri yolunda aparılan yenidənqurma işləri haqqında da məlumat verilib.
Ali Məclisin Sədri Vənənd-Pəzməri avtomobil yolunda işlərin gələn ildən etibarən davam etdirilməsi barədə tapşırıq verib.