Müşavirədə mütəxəssislər arı ailələrinin payızda qışlamaya hazırlanması işinin düzgün təşkil olunmasından danışıblar. Bildirilib ki, arıların qışlamadan çıxması və yazda sürətli inkişafı onların payız dövründə yetişdirilməsindən çox asılıdır. Qışın sərt şaxtalı keçməsi ilə əlaqədar olaraq arı ailələri əsasən qışlama binalarında saxlanılır. Tövsiyə olunub ki, qışlama binasının qızdırılması da tənzimlənməli, çox isti olmamalıdır. Qışlamadan əvvəl xəstəlik və parazitlərə qarşı mübarizə aparılmalı, bu dövürdə varroatoz xəstəliyinə qarşı profilaktiki tədbirlərin aparılması məqsədə uyğundur.
Seminarda İqtisadiyyat Nazirliyinin əməkdaşı Vəli Mirzəyev sahibkarlarla birgə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən, onlara yaradılan şəraitdən, arıçı sahibkarlara göstərilən dövlət maliyyə dəstəyindən danışıb.
Sonra arıçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti