Tədbiri giriş sözü ilə açan fakültə dekanı Zakir Məmmədov tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışaraq bildirib ki, hami təşkilatlar tərəfindən bu cür tədbirlərin təşkili tələbələrin gələcəkdə peşəkar kadrlar kimi yetişməsi və onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə mühüm tövhədir.
Daha sonra İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Novruz Novruzlu “Sahibkarlığın inkişafı Fondunun fəaliyyəti və iqtisadiyyatın prioritet sahələrinə göstərilən dövlət maliyyə dəstəyinin əhəmiyyəti” mövzusunda çıxış edərək tələbələrə sahibkarlıq sahəsində əvəzsiz rola malik olan güzəştli kreditləşmə haqqında ətraflı məlumat verib.
Görüşdə iştirak edən “Cahan Holdinq” Şirkətlər İttifaqının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ulduz Əliyeva holdinqin tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Görüşün sonunda mövzular üzrə tələbələrin sualları cavablandırılıb və geniş diskussiya aparılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti