Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş tələbələrlə növbəti görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Novruz Novruzlu“Sahibkarlığın inkişafı Fondunun fəaliyyəti və iqtisadiyyatın prioritet sahələrinə göstərilən dövlət maliyyə dəstəyinin əhəmiyyəti” və “Cahan Holdinq” Şirkətlər İttifaqının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ulduz Əliyeva “Cahan Holdinqin Şirkətlər İttifaqının fəaliyyət sahələri və biznesin təşkili” mövzularında çıxışları dinlənilib.
Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.