Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 6-da Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin “İxrac ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Fevralın 6-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Müasir dövrdə ölkələrin qarşısında duran əsas vəzifələrdən biri də sahibkarlığın inkişafıdır.
Öz yeni inkişaf dövrünü yaşayan Azərbaycan üçün uğurlarla dolu olan 2019-cu il də arxada qaldı. 2020-ci il bütün dünyanı narahat edən qlobal problemlərlə başlasa da, şükürlər olsun ki, bu çətinliklər ölkəmizin vətəndaşlarından çox kənardadır. Xalqımız, bütün dünyadakı həmvətənlərimiz 2020-ci ildə də sıx birləşib bir hədəf seçiblər: ölkəmizin hərtərəfli inkişafı, insanlarımızın rifahı və xoşbəxtliyi üçün daha da həmrəy olub, inamla çalışmaq!
Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri və sahibkarlardan ibarət nümayəndə heyəti iştirak etmişdir.
Bu gün biz Azərbaycan regionlarının dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq. Proqram bir il bundan əvvəl qəbul edildi. Dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində “Müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, qış mövsümü dövründə yaşayış evlərində qaz və elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi muxtar respublikada əhalinin keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə təminatına imkan verir. Dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası 2019-cu ildə də davam etdirilmişdir.
Muxtar respublikamızda sahibkarlığın inkişafında dövlət dəstəyinin genişləndirilməsi, sahibkarların işgüzar əlaqələrinin inkişafı, müxtəlif növ xidmətlərin və maliyyə dəstəyinin göstərilməsi kimi əhatəli iqtisadi siyasətin aparılması mühüm rol oynayır. Regionun inkişafı isə mövcud olan təbii, əmək və istehsal resurslarının uğurlu layihələr hesabına iqtisadiyyatın artımına nail olunması, yeni iş yerləri yaradılmaqla daimi məşğulluğun təmin edilməsi və bununla da, əksər sosial məsələlərin həlli deməkdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında İqtisadiyyat Naziri Tapdıq Əliyev çıxış edib.
Nazir bildirib ki, muxtar respublikada makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, özəl sektorun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi, ən başlıcası isə, qazanılan naliyyətlərin əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərini təşkil edir.
Yanvarın 13-də Ordubad rayonunun Vənənd kəndində yeni xidmət mərkəzi istifadəyə verilib. Xidmət mərkəzində gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 3 anbar yerləşir. Mağazada ərzaq və sənaye malları ilə yanaşı, kənddəki ailə təsərrüfatlarında istehsal olunan müxtəlif çeşidli məhsullar üçün ayrıca bölmə yaradılıb.