Fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev biznes forumda iştirak edib. Forumda hər iki ölkənin rəsmi nümayəndələri ilə yanaşı sahibkarlar da iştirak ediblər. İtaliyada keçirilən biznes forumda Naxçıvan Muxtar Republikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov da iştirak edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları tərəfindən "İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri", “Naxçıvan Muxtar Respublikasında sənaye sahələrinin inkişafı və bu sahədə görülən işlər" və “Gənclərin sahibkarlıq fəaliyyətinə başlaması və müasir biznes biliklərinə yiylənməsi” mövzularında çıxışlar olmuş və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Babək rayonunun Hacıvar kəndində İlqar Mirzəyevə məxsus süd emalı sahəsində südçülüklə məşğul olan ailə təsərrüfatçıları ilə birgə süd məhsullarının hazırlanma texnologiyası və ənənəvi süd məhsullarının istehsalının təbliğ edilməsi istiqamətində maarifləndirici tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı İsa Novruzov müxtəlif mövzularda məlumatlar veriblər.
Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ailə təsərrüfatlarının inkişaf istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov “ailə təsərrüfatlarının iqtisadi inkişafda rolu” mövzusunda çıxış edərək vurğulayıb ki, muxtar respublikada əhalini 70 % - nin kəndlərdə yaşaması və kənd təsərrüfatı ilə məşğul olması ailə təsərrüfatlarının yaradılmasına və gələcəkdə kiçik sahibkarlıq subyektinə çevrilməsinə zəmin yaradır.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın və Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı tədbirlər planının icrası ilə bağlı, Culfa rayon Əbrəqunus kəndində Nazirliyin əməkdaşlarının iştirakı ilə "Arıçıların yaz qayğıları, yaz mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılması, yerli arı genefondunun mühafizəsi" mövzusunda müşavirə keçirilib.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq fevralın 20-də Naxçıvan Universitetinin tələbələri ilə görüş keçirilmişdir.
"Ötən dövrdə ailə büdcəmizin hesabına heyvanların baş sayını artırmışıq. Lakin məqsədimiz bu sahədə fəaliyyətimizi daha da genişləndirmək idi.Belə ki, bu il fevralın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sahibkarlarla görüşdə digərləri ilə yanaşı, mənə də güzəştli kreditin çekini təqdim etdi. Bunun da nəticəsində hazırda təsərrüfatımıza qoyulan 70 min manatlıq investisiyanın 35 mini dövlət hesabına təmin olunmuşdur. Bizə göstərilən qayğıya görə qəzetiniz vasitəsilə dövlətimizə minnətdarlığımızı bildiririk."
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları o cümlədən Naxçıvan məhsulları fevralın 16-20 tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2020” beynəlxalq qida sərgisində nümayiş olunur.
Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası misilsiz inkişaf yolu keçmişdir. Qısa vaxt ərzində belə bir yeniləşmə və yüksəlişə nail olmaq çox çətindir. Muxtar respublikada həmin dövrdə həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri, yeni sənaye müəssisələrinin yaradılması, yerli istehsal sahələrinin genişləndirilməsi ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları o cümlədən Naxçıvan məhsulları 10-14 fevral tarixlərində Moskvada təşkil edilən “Prodexpo 2020” beynəlxalq sərgisində nümayiş olunur.