Dekabrın 11-də Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb.
Dekabrın 10-da Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb.
Dekabrın 9-da Şərur rayonunun Xələc kəndində yeni xidmət mərkəzi istifadəyə verilib. Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev layihə əsasında sənaye məhəlləsində yaradılacaq istehsalı sahələri haqqında məlumat verib. Qeyd olunub ki, 6 istehsalat korpusundan ibarət olacaq sənaye məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulub.
“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsullarımızın xarici ölkələrdə daha çox tanıdılması məqsədi ilə Azərbaycan ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir. İxrac missiyasına qida sənayesi, turizm və tikinti materialları sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti daxildir. Qeyd edək ki, ixrac missiyasında "Gəmiqaya Mineral Sular" MMC-nin də nümayəndələri iştirak edir.
Naxçıvan Muxtar Respublikasında səfərdə olan Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqay səfər çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzi, İstehlak Mallarının Ekspertizası Mərkəzinin Qida Sınaq Laboratoriyası, Gömrük Ekspertizası İdarəsi və bir sıra istehsal müəssisələri ilə tanış olub.
Dekabrın 6-da Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqay Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində olub. Rza Tuna Turaqaya Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi göstəriciləri və mərkəzin fəaliyyəti haqqında məlumat verilib.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq dekabrın 5-də Naxçıvan Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələr "Naxçıvan Tikinti Materialları Kompleksi" MMC-də istehsal prosesi ilə tanış olublar.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq dekabrın 4-də Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələr "Naxçıvan Tikinti Materialları Kompleksi" MMC-də istehsal prosesi ilə tanış olublar.
Babək rayonu muxtar respublikada aqrar sahənin dinamik inkişaf etdiyi və zəngin təsərrüfatçılıq ənənələrinə malik olan yaşayış məntəqələrindəndir. Rayonun təbii-coğrafi şəraiti, göstərilən dövlət dəstəyi, zəhmətkeş insanların əməyi ailə təsərrüfatlarının inkişafına stimul verib.