Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı və sahibkarların iştirakı ilə nağdsız ödəniş əməliyyatlarının həcminin artırılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin daha da genişləndirilməsi mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin yüksək səviyyədə dəstəklənməsi, bu sahənin inkişafına ayrılan uzunmüddətli və güzəştli kreditlər kiçik və orta sahibkarlıq subyektlərinin, o cümlədən ailə təsərrüfatlarının formalaşmasına geniş imkanlar açıb.
Noyabrın 14-də Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb. Səfirə məlumat verilib ki, mərkəzin sərgi salonunda 96 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 120 ailə təsərrüfatında istehsal edilən məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.
Muxtar respublikamızda dövlət tikintisinin həyata keçirilməsi, əhali tərəfindən yeni evlərin tikilməsi, eləcə də istehsal və xidmət sahələrinin yaradılması dam örtüklərinə və istilik panellərinə olan tələbatı daha da artırır. “Cahan Sənaye Kompleksi” MMC-də istilik panelləri və dam örtükləri istehsalı müəssisəsi daxili tələbatın keyfiyyətli məhsullarla tam ödənilməsinə imkan verir.
Naxçıvan Dövlət Universitetinin "İqtisadiyyat" ixtisası üzrə təhsil alan II və IV kurs tələbələri Nazirliyin əməkdaşı ilə birlikdə "Gəmiqaya Mebel Fabriki" MMC-də olmuş, Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olmuşlar.
“Naxçıvan” Universitetinin 2019-2020-ci tədris ilinin payız semestrinin istehsalat təcrübəsinə start verilib. 93 nəfər IV kurs tələbəsi istehsalat təcrübəsində iştirak edəcək. Onlar Naxçıvan Muxtar Respublikasının Maliyyə, İqtisadiyyat nazirlikləri, Turizm Departamenti, Mərkəzi Bank, Dövlət Miqrasiya Xidmətində 7 həftəlik təcrübədə olacaqlar.
Noyabrın 8-də Şərur rayonununYeni Havuş və Xətai kəndlərində yeni xidmət mərkəzi istifadəyə verilib. Mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Mağazada əsasən yerli sənaye və ərzaq məhsulları, o cümlədən ailə təsərrüfatlarında istehsal olunmuş məhsullar da satışa çıxarılmışdır.
Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 250 000 (iki milyon iki yüz əlli min) manat ayrılsın.
Cari ilin oktyabr ayı ərzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, 38 mal çeşidini əhatə edən 70 halda səyyari, 211 halda laboratoriya təhlillərinin aparılması təmin edilmişdir. Aparılmış laboratoriya təhlilləri 137 yerli istehsal və 74 idxal məhsullarını əhatə etmişdir.