Yerli brendin yaradılması və ona müsbət imicin qazandırılması ölkə məhsullarının cəlbediciliyinin yüksəldilməsinin ən güclü alətlərindən hesab edilir. Belə ki, brend yüksək gəlirin əldə edilməsinə səbəb olur və ölkənin uzunmüddətli inkişafını təmin edir. Brendin əsas xüsusiyyətlərindən biri də davamlı müvcud olan böyük miqdarda sadiq istehlakçıların olmasıdır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyev adına sarayda keçirilən sərgi-satışda iştirak edib. Artıq 6 gündür davam edən sərgidə məhdud fiziki imkanlıların, evdar qadınların, qadın məhkumların, o cümlədən Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların və rəssamların əl işləri nümayiş olunur.
Artıq 100 ildir ənənəvi olaraq təşkil olunan “Anuga” beynəlxalq ərzaq sərgisi bu il 05 oktyabr tarixdən Almaniya Federativ Respublikasının Köln şəhərində 2019-cu il üçün öz fəaliyyətinə başlayır. Dünyanın öndə gələn iri istehsalçılarını və sərmayəçilərini bir araya gətirən sərginin keçirilməsində əsas məqsəd ərzaq sektorunda dünya trendlərini və ən son yenilikləri ziyarətçilərə təqdim etməkdir.
Muxtar respublikada aqrar sahənin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə əsas hədəflərdən biri də ailə təsərrüfatlarının inkişaf etdirilməsindən ibarətdir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bu sahəyə diqqətin daha da artmasına səbəb olmuşdur.
“Cahan TabakBeynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildən “Cahan Holdinq”Kommersiya Şirkətlər İttifaqının bir müəssisəsi olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayıb.
02 oktyabr 2019-cu il tarixində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində “3-cü Çap və paketləmə sərgisi” öz işinə başlamışdır. Tədbirlə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasında bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “RəngArt ” MMC-nin və “Az-Elektrod” MMC-nin nümayəndələri iştirak edirlər.
Sentyabrın 30-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan- Koreya biznes forumu keçirilib.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunacaq festivala muxtar respublikanın bütün rayonlarından olan arıçılar tərəfindən süzmə, şan bal, arı südü, çiçək tozu, o cümlədən arı məhsullarından hazırlanmış tibbi ekstraktlar, mum kremləri, bal istehsalında xüsusi əhəmiyyət malik olan dərman bitkiləri və digər məhsullar çıxarılacaq.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 2019-2020-ci tədris ili üçün tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq 26 sentyabr 2019-cu il tarixdə Naxçıvan Universitetində tələbələrlə görüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2016-cı il tarixli qərarına əsasən “Məhsul ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”na uyğun olaraq ötən müddət ərzində 26 ixrac əməliyyatı üzrə 68 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilmişdir.