Babək rayonunun Kültəpə kəndində Məhəmmədəli Məmmədova məxsus süd emalı müəssisəsində südçülüklə məşğul olan ailə təsərrüfatçıları ilə birgə maarifləndirici tədbir keçirilib.
“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev açaraq bildirib ki, Naxçıvanda özəl sektorun əsas istiqamətlərindən biri olan turizmin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək məqsədi ilə yaradılan Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 19 ailə təsərrüfatına 215 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 30 aprel tarixli 27-V FR nomrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın 3.1.2-ci bəndinə müvafiq olaraq hazırlanmış elan, İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının elanlar bölməsində yerləşdirilmişdir.
06-09 avqust 2019-cu il tarixlərdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən “II Beynəlxalq kağız, karton, sellüloz məhsulları və aidiyyəti sənaye sərgisi”ndə “Karton Tara” MMC-nin və “Savalan-s” kiçik müəssisəsinin nümayəndələrinin iştirakı təmin edilmişdir. Sərgi öz işini avqustun 9-da yekunlaşdıracaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirib, xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açıb.
Muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan edilmiş 2019-cu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər Planında ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni ailə təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması, qabaqcıl ailə təsərrüfatlarının təcrübələrinin yayılması, ailə təsərrüfatlarının inkişaf etdirilərək kiçik sahibkarlıq subyektlərinə çevrilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Bütün bunların nəticəsində ötən müddət ərzində muxtar respublikada belə təsərrüfatların sayı artmaqdadır.