Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür

   Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan "Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür. 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Bunun ardınca sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanmışdır.

Ardını oxu...

Nazirliyin səlahiyyətlərinə aid qəbul edilmiş normativ-hüquqi aktların icraya yönəldilməsi təmin edilmişdir

   Cari ilin avqust ayı ərzində Nazirliyin normativ hüquqi bazasının təkmilləşdirilməsi, yeni qəbul olunmuş, əlavə və dəyişikliklər edilən normativ hüquqi aktların icraya yönəldilməsində operativliyin təmin edilməsi məqsədilə  “Reklam haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Dövlət satınalmaları haqqında” və  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunlarının;

Ardını oxu...

Ötən ay 6 yeni istehsal sahəsi yaradılmışdır

   Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər görülmüş, 6 istehsal sahəsinin yaradılması başa çatdırılmışdır. Mineral su istehsalı, qaynaq çubuğu, plastik səbət, xalçatoxuma, yun və boyaq bitkilərinin tədarükü, süd emalı, heyvandarlıq, arıçılıq təsərrüfatları, istixana, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 39 sahənin yaradılması davam etdirilmişdir.

Ardını oxu...

"Azərbaycan tərəfi Naxçıvan Muxtar Respublikasının iqtisadi təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Türkiyənin özəl sektoru ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır"

    Bu sözləri sentyabrın 16-da Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib.

   Biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərə yüksək qiymət verərək müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” prinsipi əlaqələrimizin inkişafında möhkəm təməldir. Dövlət başçılarının səmimi dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsi istiqamətində verdikləri tapşırıqlar Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsini şərtləndirən əsas amillərdir. 

Ardını oxu...

Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib

   Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana rəsmi səfəri çərçivəsində sentyabrın 16-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən ticarət, sənaye, energetika, nəqliyyat və logistika, tikinti, kənd təsərrüfatı, maliyyə, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 300-dək iş adamı iştirak edib.

Ardını oxu...

Məktəbli yarmarkaları sentyabrın 15-i başa çatır

         Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki mərkəzi bazarda və bütün rayon mərkəzlərində ənənəvi məktəbli yarmarkaları sentyabrın 15-i başa çatacaq.

Ardını oxu...

Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

       Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

Ardını oxu...

Muriel Peneveyre:Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir

      “Mən bu ilin iyul ayının sonunda İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətlisəfiri təyin edilmişəm. Çox sevinirəm ki, Azərbaycanın bölgələrindən ilk dəfə məhz Naxçıvana səfər etmişəm”.

      Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre deyib.

Ardını oxu...

Muxtar respublikada soyuducu anbarlara 4080 tondan çox meyvə-tərəvəz məhsulları tədarük edilmişdir

        Əhalinin etibarlı ərzaq təminatı ilin bütün dövrlərində, xüsusən soyuq qış aylarında vacib məsələlərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında daxili bazarın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə təmin olunması üçün görülən tədbirlər arasında soyuducu anbar komplekslərinin yaradılması mühüm əhəmiyyət daşıyır.

Ardını oxu...

 
Dekabr 2024
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
833659
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
143
375
843
6800
833659

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915