Muxtar respublika iqtisadiyyatı inkişafına görə yeni keyfiyyət mərhələsindədir. Yeni mərhələnin əsas hədəfi iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsinə nail olmaqla muxtar respublikanın dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdən ibarətdir. Bu hədəfin reallaşması istiqamətində icrası vacib vəzifələr müəyyənləşdirilib.
Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, ixracın və investisiyaların təşviqi, yerli məhsullarımızın ixrac coğrafiyasının genişləndirilməsi, iqtisadiyyata xarici investisiyaların cəlb edilməsi istiqamətində sistemli və ardıcıl işlər aparılır.
Naxçıvan Biznes Mərkəzinə gələn qonağın nəzərinə çatdırılıb ki, mərkəzin sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 78 müəssisənin 166 adda 1293 çeşiddə məhsulları nümayiş olunur. Muxtar respublikada sahibkarlığın bütün parametrlər üzrə inkişafı yerli istehsalın həcminin artmasına və xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə verib, ixracyönümlü məhsul istehsalına nail olunub.
NDU İqtisadiyyat və idarəetmə fakültəsində "İqtisadi inkişafda startapların rolu" mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə fakültənin dekanı iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov açaraq startapların mahiyyəti haqqında geniş məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” fakultəsinin “İqtisadiyyat” ixtisasının tələbələri ilə görüş təşkil edilib.