NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Göynük kəndində xidmət mərkəzinin də açılışını edib.
Ölkəmizdə ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da davamlı inkişaf yoluna çıxarıb, yaşayış məntəqələri müasirliyə qovuşdurub. Bütün sahələrdə əldə olunan dinamik inkişaf kəndləri də əhatə edib, geniş quruculuq işləri aparılıb, sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunub. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanda işlər çox yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır... Bu da dinamik inkişafın təzahürüdür”.
2021-ci ilin muxtar respublikada “İxrac ili”nin davam etdirilməsi ticarət əlaqələrinin genişlənməsinə, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına və beləliklə ixrac potensialının genişlənməsinə şərait yaratmışdır.
Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir.Muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin icrası bu sahənin imkanlarını genişləndirmiş, dövlətdən alınan maliyyə dəstəyi hesabına yeni ailə təsərrüfatları yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq “Naxçıvan” Universitetinin “İqtisadiyyat” fakultəsinin “İqtisadiyyat” ixtisasının tələbələri ilə görüş təşkil edilib.