Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetində “İqtisadiyyat” fakültəsinin tələbələri ilə görüşü olub. Görüş Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il iyunun 25-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq təşkil edilib.
Son illər Naxçıvanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar da istehlakçı hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradıb. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən məhsulların orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərinin yoxlanmasıdır.
Yüksək dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini tamamlayan Dövlət proqramları əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, şəhər və rayonların hərtərəfli tərəqqisinə yol açır. Muxtar respublikanın davamlı, sürətli inkişafı təkcə iqtisadi deyil, həm də mənəvi məsələdir. Başqa sözlə, burada insan amili öz həlledici təsirini göstərir, insanların sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı mühüm rol oynayır. İşgüzar sahibkarlıq təşəbbüslərinin yüksək səviyyədə dəstəklənməsi, ən yeni texnologiyalara söykənən aqrar-sənaye komplekslərinin yaradılması, yüngül sənayenin, qida sənayesinin inkişaf etdirilməsi, əhalinin yüksək məşğulluğunun təmin edilməsi təkcə mərkəzdə deyil, bölgələrimizdə də öz bəhrələrini verir.
Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olub, ailə təsərrüfatlarına geniş fəaliyyət imkanları açılıb. Bu sahənin inkişafı istiqamətində görülən ardıcıl tədbirlərin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir.
Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri əsas götürülərək ölkəmizdə yol təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Göynük kənd avtomobil yolu da yenidən qurulub.