Muxtar respublikada yeni istehsal sahələrinin yaradılması davam etdirilir

Sənayeləşmə siyasətinə uyğun olaraq, muxtar respublikada yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Belə ki, 2021-ci ilin 11 ayı ərzində iq­tisadiyyatın bütün sa­hələrində dövlət mаliyyə dəstəyi və özəl invvestisiya qoyuluşu hesabına 127 istеhsаl və хid­mət sаhəsi is­ti­fa­də­yə verilmiş, 60 is­tеh­sаl və хidmət sа­hə­si­nin yaradılması is­tiqamətində işlər da­vam etdirilmişdir.

Ətraflı: Muxtar respublikada yeni istehsal...

Dünya Plastik Sənayesi 31-ci dəfə Tüyapda görüşüb

Bölgədəki plastik sənayesinin ən əhəmiyyətli sərgisi olan Plast Eurasia İstanbul, 31-ci ilində ən böyük istehsalçıları bir araya gətirib. Tüyap Fuar Təşkilat Tikinti AŞ şirkətinin 1-4 dekabr tarixlərində İstanbuldakı Tüyap Sərgi və Konqres Mərkəzində PAGEV ilə birgə təşkilatçılığı ilə “Plast Eurasia İstanbul-2021 31-ci Beynəlxalq İstanbul Plastik Sənayesi Sərgisi”  keçirilib.

Ətraflı: Dünya Plastik Sənayesi 31-ci dəfə...

Dırnıs kəndində əhaliyə nümunəvi tibbi xidmət göstəriləcək

Muxtar respublikada əhalinin sağlamlığı diqqət mərkəzində saxlanılır, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Son illər kənd yaşayış məntəqələrində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşıyır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 3-də Dırnıs kəndində həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə ocağında yaradılan şəraitlə tanış olub.

Ətraflı: Dırnıs kəndində əhaliyə nümunəvi...

Dırnıs kəndində müasir idarəetmə sistemi yaradılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 3-də Dırnıs kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, üçmərtəbəli kənd mərkəzində Dırnıs və Anaqut kəndlərini əhatə edən inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, Mədəniyyət evi, arxiv, statistika otağı, 44 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 9482 kitab vardır. Rabitə evində 384 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Kənddə 176 internet istifadəçisi vardır.

Ətraflı: Dırnıs kəndində müasir idarəetmə...

Dırnıs kənd avtomobil yolu yenidən qurulub

Naxçıvan Muxtar Respublikasında müasir yol-nəqliyyat infrastrukturu daim diqqətdə saxlanılır. Mərkəzlə yanaşı, bölgələrdə də müasir yolların salınması əhalinin təhlükəsizliyini və rahatlığını təmin edir, sosial-iqtisadi inkişafa xidmət göstərir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub.

Ətraflı: Dırnıs kənd avtomobil yolu yenidən...